Prezidentin izi ilə - ZƏNGİLANDAN FOTOREPORTAJ

Prezidentin izi ilə - ZƏNGİLANDAN FOTOREPORTAJ
Foto
Sosial 101

Prezidentin izi ilə təşkil olunan ənənəvi mediatur çərçivəsində Zəngilan şəhərinə, Ağalı və Məmmədbəyli kəndlərinə səfər olunub.

BAKU.WS Photostock-a istinadən xəbər verir ki, mediaturda qeyd edilib ki, Zəngilan rayonunun Ağalı kəndinin ikinci mərhələsində 103 ədəd ev istifadəyə veriləcək.

Bunlar 55 ədəd 2 otaqlı fərdi yaşayış evləri, 3 ədəd isə 3 mərtəbəli 2 bloklu "Townhouse" tipli binalardakı mənzillərdən ibarətdir. 36 ədəd 1 otaqlı mənzillər, 12 ədəd isə 2 otaqlı mənzillər inşa edilib.

Bununla yanaşı, ikinci mərhələdə bütün yaşayış və qeyri-yaşayış binaları tam olaraq qazla təmin olunub, kənddə ümumi sahəsi 2.2 hektar olan park salınıb. Ümumi sahəsi 51,6 hektar olan Məmmədbəyli kəndində isə 2 ədəd çoxfunksiyalı qeyri-yaşayış binası və 188 fərdi yaşayış evi inşa edilib. Onlardan 39-u iki, 55-i üç, 55-i dörd, 39-u isə beşotaqlıdır.

Eyni zamanda, kəndin bütün fərdi yaşayış evlərində günəş panelləri quraşdırılıb.

Son xəbərlər