Prezidentin iki həftə öncə açdığı yol yenidən təmir edilir (VİDEO)
12
yan
2019
15:33
Dairəvi avtomobil yolunu Şərifzadə küçəsi ilə birləşdirən yeni yolda 2 həftə öncə açılmasına baxmayaraq, yenidən təmir işləri aparılır. AZXEBER.COM xəbər verir ki, vətəndaşlardan birinin lentə aldığı görüntü məhz sözügedən yolda çəkilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 26 dekabr tarixində açılan yolda təmir işlərinin hansı səbəbdən aparılması isə məlum deyil. Qeyd edək ki, yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tikib. Bu yolun inşası Prezident İlham Əliyevin 2018-ci ilin yanvarında imzaladığı Sərəncama əsasən aparılıb. Bu ilin fevral ayında tikintisinə başlanılan yeni yolun uzunluğu 1310, eni 18,5 metrdir. Yol birinci texniki dərəcəyə uyğun inşa edilib və 4 hərəkət zolağından ibarətdir. Yol sosial evlərdə yaşayan sakinlərin daha rahat şəhər mərkəzinə hərəkət etməsi üçün inşa edilib. BAKU.WS
Oxşar xəbərlər
Prezident və xanımı sosial evlərin açılışında (FOTO)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 26-da Bakı şəhəri Dairəvi avtomobil yolunu Şərifzadə küçəsi ilə bi...