Bakı şəhərinin daxilinə yeni dairəvi yol çəkilir (VİDEO)
24
noy
2018
14:58
Paytaxtın Yasamal rayonunda Şərifzadə küçəsinin yaxınlığında çəkilən yeni yolda işlərin böyük hissəsi yekunlaşdırılıb. 75 evin sökülməsindən sonra ərazi genişləndirilib. Hazırda burada kommunikasiya xətləri çəkilir, yeni yol üçün hazırlıqlar görülür.BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, Yasamal bazarı və ASAN xidmətin yaxınlığında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən çəkilən yeni yolun uzunluğu 1310 metr olacaq.Tunelin uzunluğu ümumilikdə 180 metr olacaq və yol boyu hər iki tərəfdə piyada səkiləri salınacaq, həmçinin işıqlandırma sistemi qurulacaq. Ərazidə yaşayanların həm Şərifzadə küçəsi, həm də Xarici dairəvi yola rahat çıxışlarını təmin etmək məqsədilə burada uzunluğu 300 metr olan əlavə yol da salınır.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumaya görə, yeni yolun inşası bu ilin sonu, növbəti ilin əvvəlinə kimi yekunlaşdırılaraq istifadəyə veriləcək.BAKU.WS
Oxşar xəbərlər
Bakıda dayaqsız və nəhəng piyada keçidinin inşasına başlandı (FOTO)
Bakıda nəhəng piyada keçidi inşa edilir.BAKU.WS-in məlumatına görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Tre...