Mir Cəlal küçəsi istifadəyə verilib

Mir Cəlal küçəsi istifadəyə verilib
Sosial 1374
Bakıda Nəsimi rayonu Mir Cəlal küçəsi əsaslı şəkildə yenidən qurularaq vətəndaşların istifadəsinə verilib.Avtomobil Yolları Dövlət Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, əsaslı şəkildə yenidən qurulan Mir Cəlal küçəsinin uzunluğu 1.75 km, eni isə 24 m təşkil edir. 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolaqlı küçə boyu 2 metr enində ayrıcı zolağın ləğv edilməsi ilə küçənin eni 22 m-dən 24 m-ə qədər genişləndirilib. Təmir-tikinti işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb.Layihəyə uyğun olaraq ayrıcı zolaqda yerləşən yüksək gərginlikli elektrik xətləri və dirəkləri təhlükəsizlik baxımından orda yerləşməsi məqsədəuyğun hesab edilmədiyi üçün yolun altına köçürülüb. Bunun üçün aidiyəti qurum tərəfindən yolun hərəkət hissəsi 5-6 metr enində qazılıb. Yüksək gərginlikli elektrik xətləri xüsusi dördbucaqlı beton boruların içi ilə çəkilib. Yol ayrıcında yerləşən dirəklər ləğv edilib.Təmir-tikinti layihəsinə uyğun olaraq küçə boyu mövcud köhbə yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınıb, zəruri yerlərdə yeni sistem qurulub, 53 ədəd yeni yağış barmaqlıqları və 160 ədəd kommunikasiya xətlərinin baxış qapaqları qoyulub.BAKU.WS

Oxşar xəbərlər

Mir Cəlal küçəsi yenidən istifadəyə verilib (FOTO/VİDEO)

Mir Cəlal küçəsi yenidən istifadəyə verilib (FOTO/VİDEO)

Paytaxtın şimal giriş hissəsində nəqliyyat axınına təsir edən Nəsimi rayonu Mir Cəlal küçəsi əsaslı şəkildə yenidən qurularaq vətəndaşların istifadəsinə verilib...

2075 Video 16:24 21 sentyabr 2018

Son xəbərlər