Prezident əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağanı təsdiqləyib
23
iyl
2024
15:57
Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa təsdiqlənib.
BAKU.WS xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Ailə Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib.
Belə ki, nikahın bağlanmasına mane olan halların sayı artırılır. Məcəlləyə aşağıdakı hallar əlavə edilir.
- qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları;
- bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu;
Qanuna dəyişiklik 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək.
Oxşar xəbərlər
Milli Məclis Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyini qadağan edən qanunu təsdiqləyib
Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyini qadağan edən qanun III oxunuşda təsdiqlənib. BAKU.WS report-a istinadən xəbər verir ki, bununla ba...