Polkovnik-leytenant Nail Orucovun şəhadətindən 5 il ötür
 
                            Bu gün polkovnik-leytenant Nail Orucovun şəhid olduğu gündən 5 il ötür.
BAKU.WS xatırladır ki, Nail Rəfail oğlu Orucov 1985-ci ildə Qapıcıməhəllə kənd orta məktəbinə daxil olub, 1992–1995-ci illərdə C.Naxçivanski adına Hərbi Liseydə, 1995–1999-cu illərdə isə Bakı Ümumqoşun Komandirləri Məktəbində təhsil alıb. "Motoatıcı" ixtisası üzrə məzun olaraq "leytenant" rütbəsi ilə hərbi xidmətə başlayıb.
1999-2015-ci illər ərzində müxtəlif hərbi hissələrdə taqım, bölük, tabor komandiri və maddi-texniki təminat üzrə vəzifələrdə xidmət edib. 2015-ci ildə Müdafiə Nazirinin əmri ilə "öz arzusu ilə" ehtiyata buraxılıb, polkovnik-leytenant rütbəsi ilə təltif olunub.
2020-ci il sentyabrın 29-da səfərbərlik zamanı yenidən ordu sıralarına çağırılan Nail Orucov 1-ci tabor komandiri kimi Vətən müharibəsində iştirak edib, Füzuli, Hadrut, Cəbrayıl və Qubadlı istiqamətlərində döyüşlərə rəhbərlik edib. Qubadlı uğrunda gedən döyüşlərdə 31 oktyabr 2020-ci ildə qəhrəmancasına şəhid olub.
Şəhid Nail Orucov ailəli idi, Ruslan, Əlihəsən və İbrahim adlı üç oğlu Vətənə əmanət qalıb.
Təltifləri:
"Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı
"Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
"Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
"Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı
"Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
"Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı
"Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı
"Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
"Azərbaycan Silahlı Qüvvələri Veteranı" medalı
"Vətən uğrunda" medalı (ölümündən sonra)
"Azərbaycan Bayrağı" ordeni (ölümündən sonra)
"Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)
"Qubadlının azad olunmasına görə" medalı (ölümündən sonra)
Qalereya
Oxşar xəbərlər
Xankəndi, Ağdərə və Xocalı sakinlərinin istifadəsinə verilən ev və mənzillərin sayı açıqlanıb
Xankəndi, Ağdərə və Xocalı rayonlarını əhatə edən ərazilərdə köç planına uyğun olaraq 19 yaşayış məntəqəsində, o cümlədən Xankəndinin Kərcicahan qəsəbəsində, Ağ...
 
                     
                                             Haqqımızda
                        Haqqımızda
                     
  
  
  
  
  
  
                             
                     
                     
                     
                    