Polisdən bayraq açıqlaması
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhər sakini olan vətəndaş Rasim Ələsgərov sosial şəbəkədə video görüntü paylaşaraq deyir ki, özünə məxsus “Mitsubishi Pikap” markalı avtomobilinin damına, arxasına dövlət bayrağımızı çəkib.
Lakin polis ondan tələb edir ki, bayraq oradan sökülməlidir.
Burada sürücü özünü haqlı saysa da, polisin tələbini düzgün hesab etmir.
Məsələyə aydınlıq gətirmək üçün Daxili İşlər Nazirliyilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəisi Ehsan Zahidov BAKU.WS-ə açıqlamasında bildirib ki, dövlət bayrağından harda gəldi, necə gəldi istifadə etmək olmaz.
O, Azərbaycanın suverenliyinin rəmzidir. Hər bir vətəndaş, eləcə də ölkəmizdə olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycanın Dövlət bayrağına hörmətlə yanaşmalıdırlar.
Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı qaydaları Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Qanunu ilə tənzimlənir və orada da konkret göstərilir ki, dövlət bayrağı hansı yerlərdə qaldırıla və yerləşdirilə bilər.
Nəqliyyat vasitələrində dövlət bayrağının təsvirindən örtük və ya pərdə kimi istifadə isə qətiyyən yolverilməzdir. Bayrağa hörmət edən şəxs onu “Pikap”ın yük yerinə bəzək üçün çəkməz.
Ona görə də həmin sürücüdən fərqli olaraq dövlət bayrağına hörmətlə yanaşan polis əməkdaşının tələbi tam haqlıdır və dərhal da qeyd-şərtsiz icra edilməlidir.
Oxşar xəbərlər
Azərbaycanda bu tarixdən küçəyə çıxmağa yalnız SMS-lə icazə verəcəklər
Nazirlər Kabineti koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqq...