Polis uşağa şprislə işgəncə verən dayəni bölməyə çağırdı
Yeniliklərdən dərhal xəbərdar olun
"Bakıda uşağa iynə vuran dayə polisə çağırılıb".
BAKU.WS "Report"a istinadən xəbər verir ki bunu açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru polis mayoru Anar Qafarov deyib.
O bildirib ki, hadisə ilə bağlı azyaşlıların valideynləri ərazi üzrə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə ərizə ilə müraciət ediblər: "Ərizə əsasında həmin dayə Polis Şöbəsinə dəvət olunub və onun izahatı alınıb. Hadisə ilə bağlı müvafiq təhqiqat araşdırmaları aparılandan sonra dayənin etdiyi əmələ hüquqi qiymət veriləcək".
Qeyd edək ki, ötən gün sosial şəbəkədə dayənin azyaşlıya şpris batırmasını əks etdirən görüntülər yayılmışdı.
Oxşar xəbərlər
Bu il uşaqlara ən çox qoyulan adlar - SİYAHI
Bu il Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub. BAKU.WS "report"a istinadən cari ildə uşaqlara qoyulan adlar arasında ilk onluğu təqdim edir. Belə...