Polis taksi sürən koronavirus xəstəsini saxladı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Hacıqabul RPŞ-nin əməkdaşlarının keçirdiyi tədbirlər zamanı rayon sakini Elçin Qəhrəmanov koronavirus testinin nəticəsi pozitiv olduğu halda karantin qaydalarını pozaraq müalicə aldığı ünvanı tərk etdiyi aşkar olunub.
E.Qəhrəmanov rayon ərazisində özünə məxsus “VAZ-2107” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olarkən müəyyən edilib, onun fəaliyyəti dayandırılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.
E.Qəhrəmanovun avtomobilinə müştəri kimi əyləşən və onunla yaxın təmasda olan şəxslərin müvafiq tibb mərkəzinə müraciət etmələri tövsiyə olunur.
Qalereya
Oxşar xəbərlər
Polis yaşayış yerini tərk edən COVID-19 xəstəsini aşkarlayıb
Karantin rejimi tələblərinin təmin edilməsi, koronavirus infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən nəzarət–profilakti...