Polis sosial şəbəkədə paylaşılan it döyüşü görüntüsü ilə bağlı hərəkətə keçdi
17
fev
2025
22:12
Sosial şəbəkələrdə it döyüşlərinin keçirilməsi ilə bağlı görüntülər yayımlanıb.
BAKU.WS xəbər verir ki, Nizami Ramazanov adlı heyvansevər şəxs bununla bağlı video paylaşıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) dərhal reaksiya verilib. Qurumdan Nizami Ramazanova bildirilib ki, bununla bağlı araşdırmalara başlanılıb:
"Dostlar paylaşdığım it döyüşləri ilə bağlı olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi əməkdaşları mənimlə əlaqə saxladılar.
Hazırda DİN tərəfdindən it döyüşdürən şəxslərin tapılması ilə bağlı araşdırma aparıldığı qeyd olundu".
Oxşar xəbərlər
Bakıda yeni tikilən metro stansiyası VAXTINDAN ƏVVƏL istifadəyə verilə bilər
"Bakı metrosunun "bənövşəyi xətti" üzrə inşa edilən "B-4" stansiyasında işlər sürətləndirilib". BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə aç...