Polis koronavirusdan ölən şəxsi belə dəfn etdi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
İyunun 14-də Gəncə şəhər sakini Aqil Əfəndiyev DİN-in 102 zəng mərkəzi xidmətinə zəng edərək bacısının Koronavirus infeksiyasından dünyasını dəyişdiyini və tətbiq olunan sərt karantin rejimi ilə bağlı carəsiz olduğunun bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan BAKU.WS bölgə müxbirinə verilən məlumata görə, müraciətlə bağlı dərhal polis əməkdaşları xüsusi geyimlərdə Məhkəmə Tibbi Ekpertizası və Patalogiya Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə gələrək mərhumun cənazəsini xüsusi avtomobillə qəbirstanlığa aparıb.
Karantin rejiminin qaydaları gözlənilməklə qadın İslami qaydalarına uyğun dəfn edilib.
Qalereya
Oxşar xəbərlər
Sabunçuda meyitin 40 dəqiqə morqun qarşısında qalması ilə bağlı AÇIQLAMA - VİDEO
Sabunçu rayon xəstəxanasının morqunun həyətində çəkilmiş və sosial şəbəkələrdə yayımlanmış video ajiotaja səbəb olub. BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki...