Polis koronavirusa yoluxan sürücünü avtobus idarə edərkən saxladı
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti profilaktik tədbir zamanı aktiv koronavirus xəstəsi kimi qeydiyyata alınan, buna baxmayaraq sərnişin avtobusunu idarə edən sürücü aşkar edilib.
BAKU.WS Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin yaydığı məlumata istindən xəbər verir ki, polis əməkdaşları 523 saylı marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsü Abşeron rayon sakini Fəyal İlyasovun aktiv koronavirus xəstəliyinin daşıyıcısı ola-ola evdə məcburi müalicəyə cəlb edilməsinə baxmayaraq işə çıxdığını və avtobus idarə etdiyini müəyyən ediblər.
Sərnişinlərin həyatını real təhlükə altına qoyan sürücü polislər tərəfindən tibbi prosedurlar gözlənilməklə xətdən kənarlaşdırılıb və yaşadığı ünvana qaytarılıb.
Fəyal İlyasov barəsində Abşeron Rayon Polis İdarəsində qanunvericiliyə uyğun olaraq araşdırmalar başlanılıb. Araşdırmaların sonunda onun etdiyi əmələ hüquqi qiymət veriləcək.
Oxşar xəbərlər
Bakıda evi tərk edən səkkiz aktiv koronavirus xəstəsi aşkar edildi - FOTO/VİDEO
Xətai, Sabunçu, Nəsimi və Nərimanov rayonlarında səkkiz nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb, həmin şəxslərdən biri barəs...