Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Azərbaycanda Polis Günü qeyd olunur. Milli polisin yaradılmasının 108-ci ildönümü münasibətilə ölkənin müxtəlif bölgələrində, o cümlədən paytaxt Bakıda xidmət başında olan polis əməkdaşlarının fəaliyyəti diqqət mərkəzində olub.
BAKU.WS-in məlumatına görə, asayişin qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi və vətəndaşların rahatlığının keşiyində dayanan polis əməkdaşları gündəlik xidmətlərini bayram günündə də davam etdiriblər.
Paytaxtın müxtəlif küçə və prospektlərində xidmət aparan polis əməkdaşlarının fəaliyyəti lentə alınıb.
Polis Günü münasibətilə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini təbrik edib. Nazir təbrikində Azərbaycan polisinin dövlətçiliyin möhkəmləndirilməsi, qanunçuluğun və ictimai asayişin təmin olunmasında mühüm rol oynadığını vurğulayaraq şəxsi heyətə xidmətdə yeni uğurlar arzulayıb.
Qeyd edək ki, hər il iyulun 2-si Azərbaycanda Polis Günü kimi qeyd olunur. Bu tarix 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ilk polis orqanlarının yaradılması ilə bağlıdır.
Qalereya
FOTO: Təranə İbrahimova
Oxşar xəbərlər
Bərdə hücumunun şahidləri danışırlar: "Qızının dilindən "ata" sözünü eşidə bilmədi"
44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri döyüş bölgələrindən uzaqda yerləşən dinc şəhər və kəndlərimizi də hədəf alaraq dəfələrlə ağır a...