Polis bu şəhərdə 58 mindən çox protokol yazıb

Polis bu şəhərdə 58 mindən çox protokol yazıb
Foto Video
Sosial 197

Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, sürücü və piyadaların intizam məsuliyyətinin artırılması məqsədi ilə profilaktik tədbirlər davam etdirilir.

Bu barədə BAKU.WS-ə DİN-in mətbuat xidmətindən bildirilib.

Sonuncu tədbir zamanı yol polisləri Sumqayıt şəhəri ərazisində piyada keçidindən düzgün istifadə etməyən şəxslərlə maarifləndirici söhbətlər aparıb, piyadalar və digər hərəkət iştirakçılarına yol hərəkəti qaydalarına riayət etməyin vacibliyi barədə ətraflı məlumat veriblər.

Tədbir zamanı keçidlərdə piyadalara yol verməyən sürücülər, nəqliyyatın intensiv olduğu küçələrdə hərəkət edən velosipedçilər, təhlükəsizlik qaydalarına əməl etmədən motosiklet və moped idarə edən şəxslər də müəyyən ediliblər.

Həmçinin, avtomobili narkotiklərin təsiri altında idarə edən sürücülər də aşkar olunub. Həmin sürücülər barəsində toplanan materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Nəqliyyat vasitəsini spirtli içkinin təsiri altında idarə edən, kobud qayda pozuntularına yol verən, nəqliyyat vasitəsinin konstruksiyasında dəyişikliklər edən, sürücülük hüququ olmadan sükan arxasına əyləşən sürücülər də yol polisləri tərəfindən müəyyən olunaraq saxlanılıblar.

Həmin şəxslər barəsində inzibati protokollar tərtib edilib.

Qeyd edək ki, cari ilin əvvəlindən Sumqayıt ŞPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən şəhər ərazisində yol hərəkəti qaydalarının pozulması ilə bağlı 58 min 62 inzibati protokol tərtib edilib.

Bunlardan 156-sı avtomobili sərxoş vəziyyətdə, 102-si narkotiklərin təsiri altında idarə edən, 199-u piyadalara yol verməyən, 11-i avtoxuliqanlıq edən, 5003-ü üfüqi nişanlama xəttinin tələblərini pozaraq sola və geriyə dönmə qaydalarını pozan sürücülər təşkil edib. 

Həmçinin,milin əvvəlindən yol hərəkəti qaydalarını pozan 303 piyada barəsində protokol tərtib edilib. 

Sumqayıt şəhəri ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.


Oxşar xəbərlər

Ramana qəsəbəsindəki körpüdə TƏHLÜKƏLİ VƏZİYYƏT

Ramana qəsəbəsindəki körpüdə TƏHLÜKƏLİ VƏZİYYƏT

Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən körpü qəzalı vəziyyətə düşüb. BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Kadrlarda kör...

100 Sosial 17:58 19 sentyabr 2024

Son xəbərlər