Polad Həşimovun plakatını yanğından xilas edən şəxs danışdı - VİDEO

Polad Həşimovun plakatını yanğından xilas edən şəxs danışdı - VİDEO
Video
Sosial 387

Ötən gün Nərimanov rayonunda yerləşən "Metro City" ticarət mərkəzində baş verən yanğın zamanı mağazalardan birinin üzərində olan Milli Qəhrəman, general Polad Həşimovun palakatını yanğından xilas edən şəxs danışıb.

BAKU.WS xəbər verir ki, sosial şəbəkədə qəhrəmana çevrilən taksi sürücüsü olan Natiq Ağayev bu addımı atarkən bir an belə tərəddüd etmədiyini bildirib:

"Yanandan sonra yaxınlaşdım. Partlayış səsi gəlirdi və hamı qaçırdı. Gördüm ki, şəkil yanacaq, onu çıxarmağa başladım. Əvvəlcə gücüm çatmadı, sonra Allah mənə güc verdi, dartıb çıxara bildim. Plakatı silib təmizləyəndən sonra onu polisə təhvil verdim".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər