Polad Bülbüloğlu Şuşada atasının evini ziyarət etdi - FOTO

23
yan
2021
17:44
Bu gün Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli Şuşa şəhərinə gedib.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, P. Bülbüloğlu Şuşa şəhərinə gəlişi zamanı uzun illərdən sonra atasının evini ziyarət edib.
Səfir jurnalistlərə açıqlamasında ata evini təmir etdirəcəyini, burada Bülbülün ev-muzeyinin yenidən bərpa ediləcəyini bildirib.
Şuşada olarkən incəsənət xadimləri həmçinin Cıdır Düzündə olub, Bakıdan Şuşa şəhərinə gətirilən abidələrə baxıb.
Qalereya
Oxşar xəbərlər
"Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək" - İlham Əliyev
"Bu gün yanvarın 15-də səhər tezdən yenə Cıdır düzünə gəldik. Artıq Şuşadan Bakıya yola düşürük. Getməmişdən əvvəl də istədik gələk bu müqəddəs, tarixi yerə, bi...
