Polad Bülbüloğlu: “Əminəm ki, müdrik xalqımız bu gün düzgün seçim edəcək”
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Azərbaycan dövlətçilik tarixində əlamətdar gündür. Suveren respublikanın bütün tarixində ilk dəfə prezident seçkilərində səsvermə Azərbaycanın bütün ərazisində, o cümlədən işğaldan azad edilmiş torpaqlarda keçiriləcək.
BAKU.WS xəbər verir ki, bu sözləri report-un Rusiya bürosuna Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu bildirib.
“Artıq Bakıda səsvermə başlayıb, bir çox şəhərlərimizdə - Xankəndi, Şuşa, Xocalıda artıq səsvermə gedir”- səfir qeyd edib.
Onun sözlərinə görə, Moskvada Rusiya paytaxtında yerləşən iki min yarımdan çox vətəndaşı qəbul edə biləcək iki seçki məntəqəsi açılıb.
P.Bülbüloğlu bildirib ki, bu gün Azərbaycanın Yekaterinburq və Sankt-Peterburqdakı Baş Konsulluqlarında da prezident seçkilərində səsvermə başlayıb: “Mən tam əminəm ki, müdrik Azərbaycan xalqı bu gün düzgün seçim edəcək”.
Oxşar xəbərlər
Bakının reytinqli məktəbləri cərimələndi - SİYAHI
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi paytaxtın Yasamal rayonunda yerləşən A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəbdə qida qəbulundan sonra...