"Planet FM" NETTY Milli İnternet Mükafatına layiq görülüb
Azərbaycanın ilk elmi-maarifləndirici radiosu "Planet FM" NETTY Milli İnternet Mükafatına layiq görülüb.
Planet FM-in TikTok hesabı NETTY Milli İnternet Mükafatının sosial şəbəkə səhifələri nominasiyasında elm, təhsil və rəqəmsal savadlılıq kateqoriyasında qalib olub.
NETTY hər il informasiya texnologiyaları sahəsində Azərbaycanın əhəmiyyətli internet resurslarını, tətbiqlərini, sosial platforma resurslarını, aktual IT layihələri və aparıcı şəxsləri müəyyən edir və mükafatlandırır.
Qeyd edək ki, Azərbaycanın İnternet Mükafatı olan NETTY 2004-cü ildə təsis olunub. NETTY Qlobal Internet Şəbəkəsi və ümumilikdə IT bazarının milli seqmentdə inkişafının təşviqi məqsədilə informasiya texnologiyaları sahəsində təsis edilən Azərbaycanın ilk peşəkar mükafatıdır.
Oxşar xəbərlər
Hirkan Milli Parkında xoşagəlməz görüntülər
Hirkan Milli Parkında xoşagəlməz görüntü yaranıb. Bu barədə görüntülər BAKU.WS-ə daxil olub. Belə ki, ərazidə istirahət edən şəxs ağacın içinin zibilliyə çevril...