Piknik etmək istədilər, baha başa gəldi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində karantin rejimi qaydalarının təmin olunması məqsədilə xidmət aparılan zaman “Dəniz yolu” deyilən ərazidə azyaşlı övladlarının da iştirakı ilə piknik təşkil edən şəxslər müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, onların Mingəçevir şəhər sakinləri Natiq Qənbərov, Sərxan Nəsirov, Vüsal İsmayılov, Nicay Quliyev və Məhəmməd Abdullayev olduqları məlum olub.
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunub və cərimə ediliblər.
Oxşar xəbərlər
Polis sosial şəbəkələrdə koronavirusla bağlı yalan məlumatlar yayan şəxsi cərimələdi - FOTO
Ağdaşda karantin rejimi qaydalarını pozaraq polisin qanuni əmrinə tabe olmayan 2 şəxs həbs edilib, 11 obyekt sahibi cərimələnib. Daxili İşlər Nazirliyinin Mətbu...