Peyvənd olunanların sayı açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 77 vaksin vurulub.
BAKU.WS xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 49 nəfər təşkil edib.
Ölkədə buster doza vaksinlərin sayına gəlincə, bu göstərici 23 olub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 066 951, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 140 918, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 641 918 nəfər təşkil edir.
Ümumilikdə isə 1 284 115 buster doza vurulub.
Oxşar xəbərlər
Ötən gün ərzində ölkədə koronavirusa qarşı 20 mindən çox peyvəndləmə olub
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 20 738 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə,...