Ötən gün ərzində ölkədə koronavirusa qarşı 20 mindən çox peyvəndləmə olub
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 20 738 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 701, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 247 nəfər təşkil edib.
Ölkədə buster doza vaksinlərin sayına gəlincə, bu göstərici 14 790 olub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 066 874, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 140 913, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 641 869 nəfər təşkil edir.
Ümumilikdə isə 1 284 092 buster doza vurulub.
Oxşar xəbərlər
Azərbaycanda koronavirus əleyhinə vurulan vaksinlərin sayı 11 milyonu ötüb
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 27 321 vaksin vurulub. BAKU.WS xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah mə...