Pensiyaçıların NƏZƏRİNƏ
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda özəl pensiya fondları haqqında yeni qanun layihəsi hazırlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Modern.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinindən bildirilib.
Açıqlamada bildirilir ki, Qeyri-dövlət pensiya fondları ilə bağlı hüquqi bazanın tam formalaşdırılması üçün "Qeyri-dövlət pensiya fondları haqqında" Azərbaycan Respublikasının Qanun layihəsi hazırlanıb. Məlumata görə, layihə aidiyyəti qurumlarla razılaşdırma mərhələsindədir.
Qeyd edək ki, pensiya təminatının özəl fondlar vasitəsilə həyata keçirilməsi dünyada geniş yayılıb. Hazırda dünyanın bir sıra ölkələrində, o cümlədən, Almaniya, Böyük Britaniya, İrlandiya və Türkiyədə belə fondlar fəaliyyət göstərir. Özəl pensiya fondlarının fəaliyyəti ölkələrdən asılı olaraq fərqli qaydalarla tənzimlənir. Pensiya təminatı sistemində şaxələndirmə vətəndaşlar üçün seçim imkanı yaradır.
Oxşar xəbərlər
Bakıda məşhur parkda süni göl qurudulub - SƏBƏB
Bakının Xətai rayonunda yerləşən Gənclik parkında yenidənqurma işləri aparılacaq. Parkın ərazisində suyu qurudulan hövzə təmir işləri başa çatdıqdan sonra yenid...