Pensiya yaşı aşağı salınsın - DEPUTATDAN TƏKLİF
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycanda pensiya yaşı aşağı salınmalıdır”.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin iclasında 2023-cü ilin büdcə layihələrinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.
“Mətbuatdan oxuyuram ki, Azərbaycanda kişilərin 47 faizi 65 yaşa qədər yaşayır. Bu rəqəmi Dövlət Statistika Komitəsinə istinadən səsləndirirlər. Bilmirəm nə dərəcə doğrudur, ancaq hər halda bəzi məsələləri nəzərə almalıyıq”, - deyə Qüdrət Həsənquliyev əlavə edib.
Deputat təklif edib ki, ölüm halları üzrə yaş nisbəti nəzərə alınmalı və pensiya yaşı aşağı salınmalıdır.
“İnsanlar pensiyanı tez almalıdırlar. Kişilər tez ölürsə, onların pensiyaya çıxmaq yaşı azaldılmalıdır”, - deyə o bildirib.
Oxşar xəbərlər
Əmək pensiyalarına dəyişikliyin detalları açıqlanıb
Əmək pensiyalarına dəyişikliyin detalları açıqlanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, “Əmək pensiyaları haqqında...