Penoplast üzlük yenə yanğına səbəb oldu: Eldar Əzizov hadisə yerinə baş çəkdi – VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Heydər Əliyev prospektində yolun Koroğlu metrostansiyasına gedən hissəsində yol kənarındaki hasarda güclü yanğın baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq bölmələri cəlb olunaraq, təxminən 20 dəqiqəyə yaxın davam edən yanğın söndürülüb.
Hazırda ərazidə müvafiq təmizlik işləri aparılır, ağacların yanan budaqları budanıb.
Baş verən yanğın zamanı hadisə yerinə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da gəlib.
Baku TV-ə müsahibə verən İcra başçısı bildirib ki, hadisənin baş vermə səbəbi araşdırılır.
Daha ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
"Diqlas" yandırılıb? - Düyünlər açılır...
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun adı yenidən gündəmə qayıdıb. Bu dəfə də sabiq nazirin ismi bütün ölkə gündəmini zəbt edən yanğına qarışıb. Bak...