Paytaxtın hansı küçələrində sıxlıq var?

Paytaxtın hansı küçələrində sıxlıq var?
Sosial 57

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

BAKU.WS xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

1. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

2. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində;

4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

5. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

6. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində;

7. Tbilisi prospekti, metronun "20 Yanvar" stansiyasından mərkəz istiqamətində;

8. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

9. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;

10. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;

11. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;

12. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;

13. Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar" stansiyası istiqamətində;

14. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində sıxlıq müşahidə olunur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər