Paytaxtda vətəndaşların şikayəti: Təhlükəli ağaclar kəsilmək əvəzinə, budanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Nəsimi rayonu, Mir Cəlal küçəsi, 10 ünvanında yerləşən beşmərtəbəli binanın həyətindəki qurumuş ağaclar sakinlərin narazılığına səbəb olub.
Onların Baku TV-yə sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət edilməsinə baxmayaraq, problem hələ də tam həllini tapmayıb. Sakinlərdən biri bildirib ki, əraziyə gələn əməkdaşlar qurumuş ağacları kəsmək əvəzinə onları budamaqla kifayətləniblər:
"Bir ildir ərizə yazmışam. İcra hakimiyyəti də, bələdiyyə də razılıq verib. Dedim ki, ağacı dibindən kəsin, yer açılsın. Amma gəlib qurumuş ağacı budayıb gediblər".
Məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən verilən məlumata görə, sözügedən ünvandakı ağaclar sakinlərin müraciəti əsasında külək zamanı yarana biləcək təhlükənin qarşısının alınması məqsədilə budanıb.
Qurumdan o da qeyd olunub ki, ağacların tam kəsilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq rəyi olmalıdır.
Oxşar xəbərlər
Noyabrda bəzi bürclərin maddi vəziyyətində ciddi yaxşılaşma gözlənilir
Noyabr ayında bəzi bürclər üçün maliyyə baxımından əlverişli dövr ola bilər. Yeni iş imkanları, əlavə gəlir mənbələri və gözlənilməz qazanc bu bürclərin büdcəsi...