Paytaxtda sakinlər üçün təhlükə mənbəyi olan ÜNVANLAR - "Qorxu içində gəzirik"

Paytaxtda sakinlər üçün təhlükə mənbəyi olan ÜNVANLAR - Qorxu içində gəzirik
Foto Fotoreportaj
Sosial 259

Bakının mərkəzi Əhməd Cəmil küçəsində ağaclardan biri aşma təhlükəsi yaradır.

BAKU.WS-in apardığı müşahidələrə əsasən, ağac artıq dəmir hasarın üstünə əyilib və səkidən keçən vətəndaşlar üçün real təhlükə mənbəyinə çevrilib.

Hər gün həmin ərazidən çoxsaylı insanlar, o cümlədən məktəblilər istifadə edir. Həmçinin yaxınlıqda parkinq yerləşdiyi üçün maşınlar da bu ərazidə park edilir. Ağacın aşması halında həm insanlar, eləcə də maşınlar üçün təhlükəli vəziyyət yaranacaq.

Vətəndaşların sözlərinə görə, ağacın vəziyyəti bir müddətdir belədir, lakin məsələ ilə bağlı hələlik heç bir tədbir görülməyib.

Sakinlərdən biri BAKU.WS-ə bildirib ki, bu cür təhlükəli vəziyyət təkcə burada deyil, ətraf küçələrdə də müşahidə olunur:

Paytaxtda sakinlər üçün təhlükə mənbəyi olan ÜNVANLAR -

"Tək bu ağac yox, bu ərazidə bir neçə belə ağac var. Bəziləri hasarlara, bəziləri isə uşaqların oynadığı, insanların keçdiyi yola doğru əyilib. Güclü külək olsa, istənilən an qırılıb düşə bilər. Biz artıq qorxu içində gəzirik."

Əbdürrəhimbəy Haqverdiyev küçəsində oxşar mənzərə var idi. Buradakı ağaclar da əyilərək yaşayış binalarına və səkilərə doğru meyillənib.

Paytaxtda sakinlər üçün təhlükə mənbəyi olan ÜNVANLAR -

Sakinlər aidiyyəti qurumlardan təhlükə yaradan ağacların vaxtında budanmasını və vəziyyətin aradan qaldırılmasını xahiş edirlər.

Müxbir: Şahanə Xankişiyeva

Foto: Təranə İbrahimova

Son xəbərlər