Paytaxtda reklam özbaşınalığı: Vətəndaşın qapısına icazəsiz kağız yapışdırdılar

Paytaxtda reklam özbaşınalığı: Vətəndaşın qapısına icazəsiz kağız yapışdırdılar
Video
Sosial 53

Paytaxtın müxtəlif ərazilərində yaşayış binalarının giriş qapıları, divarları, hətta mənzillərin qapıları belə reklam kağızları ilə örtülür.

Baku TV-nin qaynar xəttinə daxil olan şikayətdə vətəndaş qeyd edib ki, mənzilinin qapısına xəbərdarlıq edilmədən reklam yerləşdirilib. Üstəlik, bununla bağlı etirazını bildirmək üçün əlaqə saxladığı şirkətdən kobud cavab alıb.

"Reklam vurduqları qapı elə bir materialdandır ki, üstündə iz qalır. Təmizləmək üçün xüsusi vasitə almalıyam", - deyə şikayətçi Sənan Mirzəyev narahatlığını dilə gətirib.

Mövcud vəziyyətlə bağlı adıçəkilən şirkətdən isə məsələyə belə münasibət bildirilib:

"Biz həmin şəxsin qapısını döyüb reklamı yapışdırmasını istəməmişik. Həmin reklam kağızları insanlara paylanılması üçün verilib. Heç şirkətin həmin reklamın haraya yapışdırılmasından xəbəri belə yoxdur".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər