BNA avtobusda acınacaqlı vəziyyətlə bağlı AÇIQLAMA VERDİ - VİDEO - YENİLƏNİB

BNA avtobusda acınacaqlı vəziyyətlə bağlı AÇIQLAMA VERDİ - VİDEO - YENİLƏNİB
Video
Sosial 906

“Faiqoğlu” MMC-nin istismarında olan 119 nömrəli müntəzəm marşrut xətti üzrə məlum görüntülərlə bağlı daşıyıcıya xəbərdarlıq edilib".

Bu barədə sözləri BAKU.WS-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mayis Ağayev bildirib.

O əlavə edib ki, ümumilikdə dayanacaqlarda bu cür mənzərənin yaşanmasının başlıca səbəbi yollardakı nəqliyyat sıxlıqları və tıxaclardır:

"Avtobuslar vaxtında dayanacaq məntəqəsinə çatmır, sərnişinləri dayanacaqdan vaxtında götürülmür və nəticədə onlarla sərnişin dayanacaqda gözləyərək əlavə vaxt itirir, çətinliklə üzləşirlər.

Mövcud vəziyyət bir daha avtobus zolaqlarının zəruriliyini ortaya çıxarır. Konkret olaraq xüsusi avtobus zolaqları bütün marşrut şəbəkəsi boyunca təşkil olunarsa və onun tələbinə ciddi riayət edilərsə, avtobusların qrafik üzrə hərəkəti böyük ölçüdə təmin olunacaq.

Həmçinin bildirim ki, 119 marşrut xətti üzrə gündəlik 20 ədəd avtobus fəaliyyət göstərir. Onlardan 13-ü iritutumlu, 7 ədədi isə ortatutumlu nəqliyyat vasitələridir. Günün pik saatlarında Bakı-Sumqayıt yolundu, o cümlədən marşrutun hərəkət sxemi üzrə Xırdalan şəhəri, H.Əliyev pr., Moskva pr., A.Məhərrəmov küçəsi və "3-cü mkr" dairəsində yaranan nəqliyyat sıxlığı eləcə də tıxac avtobusların hərəkət intervalının artmasına səbəb olur".

***09:42

Bakıda avtobusda sıxlığın olması və vətəndaşların əziyyət çəkməsindən dəfələrlə bəhs olunub.

BAKU.WS-in "qaynar xətt"inə daxil olan görüntülər də 119 nömrəli avtobusda acınacaqlı vəziyyəti bir daha ortaya qoyub.

Belə ki, avtobus dayanacağı yaxınlaşsa da, sərnişinlər ona minə bilməyiblər.

Vətəndaşlar bildirir ki, hər dəfə axşam işdən evə qayıdarkən oxşar vəziyyətlə üzləşirlər və mənzillərinə getməkdə böyük çətinlik çəkirlər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər