Paytaxt üçün rəsmi şəhər kartı buraxılır - 35, 60 və 90 AZN
27
fev
2018
16:39
Paytaxt Bakı üçün rəsmi şəhər kartı - "Baku Card" dövriyyəyə buraxılır. Bu, Azərbaycanda ilk və yeganə təcrübədir. “Report” xəbər veirr ki, bu barədə Milli Turizmin Təbliği Bürosunun Media və PR üzrə meneceri Kənan Quluzadə məlumat verib. O, kartın qiymətlərini də açıqlayıb: "Baku Card" 3 növ olacaq 35, 60 və 90 manatlıq. 1-ci 24 saatlıq, 2-cii 72 saatlıq, 3-cü isə 1 həftəlik istifadə üçün nəzərdə tutulub”.Kart sahibləri ictimai nəqliyyatdan pulsuz, muzeylərdən və digər mədəniyyət mərkəzlərindən isə ödənişsiz və yaxud endirimlə istifadə edəcək. Bundan əlavə, “Baku Card” sahiblərini mağazalar, kafelər, restoranlar və digər yerlərdə endirimlər və xüsusi təkliflər gözləyir.BAKU.WS
Oxşar xəbərlər
Bakıda bu şəxslərə avtobuslar pulsuz olacaq
Bakıda turistlər üçün pulsuz ictimai nəqliyyatdan, şəhər muzeyləri və mədəniyyət mərkəzlərinə ödənişsiz və ya endirimli girişdən istifadə etmək imkanı verən kar...