Paytaxt sakinlərin NƏZƏRİNƏ - Bakını bu yeniliklər gözləyir
"Vaxtilə qəzalı tikililərin və inzibati binaların yerləşdiyi ərazidə indi şəhərin ən əzəmətli məkanlarından biri – Dövlət Bayrağı Meydanı ucalır. Olimpiya stadionu və Böyükşor gölünün ətrafı isə yenidən qurularaq sakinlərin istirahət məkanlarından birinə çevrilib".
BAKU.WS xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımov jurnalistlərə açıqlamasında deyib.
O əlavə edib ki, həmçinin Gənclik, Nizami, Koroğlu, Yasamal, Molokan bağı, Çəmbərəkənd, Botanika bağı kimi park və rekreasiya zonaları salınıb və ya əsaslı yenilənib:
"Paytaxtın tarixi məhəllələri də yeni həyat qazanıb – İçərişəhər, Fəvvarələr Meydanından Qış bulvarınadək olan yaşayış sahəsi, Suraxanı, Bibiheybət, Balaxanı və digər ərazilərdə aparılan bərpa işləri nəticəsində tarixi dəyərlərlə müasir şəhər mühiti uzlaşıb. Bu gün Bakıda piyada zonaları əsaslı şəkildə genişləndirilir – xüsusilə Əziz Əliyev küçəsi, eləcə də həftəsonları Molokan bağı ilə "Azərbaycan" kinoteatrı arasındakı kvartal bağlanaraq şəhər sakinləri üçün sevimli istirahət məkanına çevrilib. Hazırda İ.Səfərli küçəsində də yeni piyada zonalarının yaradılması və müasir şəhər mühitinin formalaşdırılması işləri davam etdirilir.
Bütün bu layihələri birləşdirən əsas prinsip – Bakının inkişafı ilə paralel olaraq onun tarixi ruhunun, ənənələrinin və yenilikçi xarakterinin qorunmasıdır. Tarixi mərkəzlərin bərpasından müasir ictimai məkanların yaradılmasına qədər Bakı sistemli və ardıcıl şəkildə inkişaf etdirilərək yeni – daha yaşıl, rahat və tarazlı inkişaf edən bir şəhərə çevrilir.
Ölkəmizdə həyata keçirilən şəhərsalma siyasətinin əsas məqsədi isə müstəqil Azərbaycanın vətəndaşlarının rifahı, rahatlığını və yüksək həyat keyfiyyətini təmin etməkdir. Bu siyasət şəhərin davamlı və ahəngdar inkişafını əsas prioritet kimi müəyyənləşdirir".
Oxşar xəbərlər
71 saylı avtobusdan istifadə edənlərə ŞAD XƏBƏR! YENİLƏNDİ...
Bakıda 71 nömrəli marşrut üzrə müasir avtobuslar sərnişinlərə xidmət göstərəcək. Bu barədə BAKU.WS Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Ye...