Paytaxt sakini ölmüş əvvəlki vətəndaşın kommunal borclarını ödəməyə məcbur edilir?

Paytaxt sakini ölmüş əvvəlki vətəndaşın kommunal borclarını ödəməyə məcbur edilir?
Video
Sosial 10

Paytaxt sakini Rəsmiyyə Həsənova yaşadığı ünvan üzrə kommunal ödənişlərlə bağlı ciddi problemlə üzləşib.

O iddia edir ki, mənzildə hazırda özü yaşasa da, kommunal sistemlərdə əvvəlki sakinin məlumatları qaldığından həmin şəxsin qaz və su borcları ondan tələb olunur. Şikayətçi bildirir ki, mənzildə özündən əvvəl yaşamış şəxs artıq vəfat edib. Buna baxmayaraq, kommunal xidmətlər üzrə yaranmış borclar silinməyib və ödəniş zamanı həmin məbləğlər ondan tələb edilir.

"Cana yığılmışam. Əliləm, işləmirəm. Mənim heç bir borcum olmayıb. Borclar məndən əvvəl həmin evdə yaşayan qadının adına olub. Amma mən bu evə köçəndən sonra onun su, işıq və qaz borclarını ödəməli olmuşam. Niyə başqasının borcunu ödəməliyəm?", - deyə Rəsmiyyə Həsənova bildirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər