Paytaxt məktəbində ilk dəfə QR kitabxana yaradılıb
Paytaxtdakı 144 nömrəli tam orta ümumtəhsil məktəbində maraqlı təşəbbüs reallaşdırılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki, məktəb rəhbərliyinin təşəbbüsü ilə müəllimlər üçün QR kitabxana yaradılıb.
QR kitabxanada müxtəlif janrlı resurslar (qısa hekayələr, motivasiyaedici kitab və məqalələrdən hissələr, lirik musiqi nümunələri, həmçinin qısametrajlı filmlər) toplanıb. Müəllimlər mobil telefon vasitəsilə QR kodları oxudaraq arzu etdikləri bölmələrə daxil ola bilərlər.
Layihənin əsas məqsədi pedaqoji heyətin asudə vaxtının səmərəli təşkili, mütaliə və şəxsi inkişaf vərdişlərinin rəqəmsal formatda təşviq edilməsidir. Məktəb rəhbərliyi bu təşəbbüsün təhsil müəssisəsində rəqəmsal resurslardan istifadənin genişləndirilməsinə, müəllimlərin peşəkar baxımdan inkişafetdirici mühitində fəaliyyət göstərmələrinə töhfə verəcəyini düşünür.
Oxşar xəbərlər
Azərbaycanda 57 ticarət obyektində aksizli mallarla bağlı pozuntular aşkarlanıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması...