Pandemiya dövründə müəllimlərin sertifikasiyası olmayacaq

Pandemiya dövründə müəllimlərin sertifikasiyası olmayacaq
Sosial 80

“Praktika məsələsi pandemiya şəraitindən asılıdır”.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev “Pandemiya dövründə təhsil” mövzusunda sualları cavablandırarkən deyib.

O bildirib ki, əgər bu şərait davam edərsə, praktika da mümkündür: “Ümid edirəm ki, aprel-may aylarına vəziyyət belə davam edərsə, praktika olacaq. Vəziyyət pisləşərsə, insanların sağlamlığını daha irəli tuturuq”.

Nazir qeyd edib ki, pandemiya dövründə yəqin ki, sertifikasiya olmayacaq: “Sertifikasiyanın keçirilməsi istəyirik və düşünürük. Yaxın 6 ay ərzində bunun olmasını düşünmürük. İlin ikinci yarısı isə situasiyadan asılı olaraq qərar veriləcək”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər