Özəl tibb müəssisələrində yoxlamalarla bağlı qanun qüvvəyə mindi

Özəl tibb müəssisələrində yoxlamalarla bağlı qanun qüvvəyə mindi
Sosial 479

Özəl tibb müəssisələri sahibkarlıq subyektlərində dövlət tərəfindən yoxlamalar həyata keçiriləcək.

APA-nın məlumatına görə, bu, bu gün Prezident İlham Əliyevin imzaladığı fərmanla təsdiqlənən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Qanuna əsasən, özəl tibb müəssisələrində dövlət tərəfindən yoxlamalar həyata keçirilə biləcək.

Qeyd edək ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna əsasən, 2015-ci il noyabrın 1-dən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər