Özəl məktəblərdə də vahid forma tətbiq ediləcək?
Yeniliklərdən dərhal xəbərdar olun
Məktəbli formaları ilə bağlı qərar yalnız dövlət ümumi təhsil müəssisələrinə şamil edilir.
BAKU.WS xəbər verir ki, bu barədə “Trend”in sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib.
“Özəl ümumi təhsil müəssisələri bu məsələni öz nizamnamələrinə uyğun şəkildə tənzimləyirlər”, - deyə nazirlikdən qeyd edilib.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin hər bir ümumi təhsil müəssisəsi üzrə vahid məktəbli geyimi tətbiq ediləcək.
Həmin qərarda məktəblər tərəfindən 4 cür geyim formasından birinin seçilməsi nəzərdə tutulur.
Oxşar xəbərlər
Şagirdlərin vahid geyimi ilə bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycanda yeni tədris ilinin başlamasına iki həftə vaxt qalıb. Aidiyyəti dövlət qurumları məktəblərin açılması ilə əlaqəli müvafiq müzakirələr aparır. BAKU.W...