Ötən il doğulan körpələrin 53,2 faizi oğlan olub

Ötən il doğulan körpələrin 53,2 faizi oğlan olub
Sosial 2212

Ötən ilin 11 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 129183 doğulan körpə qeydə alınıb.

Dövlət Statistika Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə bu göstərici 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (14,2) qalıb. Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır. Körpələrdən 3102-si əkiz, 102-si üçəm, 8-i isə dördəm doğulanlardır.

2019-cu ilin yanvar-noyabr aylarında ölkədə 50796 ölüm halı qeydə alınıb.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,8-dən 5,6-ya düşüb.

Oxşar xəbərlər

Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycan əhalisinin sayı açıqlanıb. Dövlət Statistika Komitəsi xəbər verir ki, 2018-ci ilin yanvar-may aylarında əhalinin sayı 31428 nəfər artıb. Bununla da 2...

32 Sosial 22:18 13 iyul 2018

Son xəbərlər