Ötən gün 26 COVID-19 xəstəsinə cinayət işi başlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Respublikanın daxili işlər orqanları əməkdaşları tərəfindən dekabrın 10-da 27 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
BAKU.WS-in məlumatına görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “report”un sorğusuna cavab olaraq bildirilib ki, onlardan 26 nəfəri evlərinə qaytarılıb, 1 nəfər daha ağır COVID-19 xəstəsi isə xəstəxanaya yerləşdirilib.
Onlardan 26 şəxs barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.
Oxşar xəbərlər
Bakıda 2 koronavirus xəstəsi barəsində cinayət işi başlanılıb - RƏSMİ
COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar aktiv koronavirus xəstələrinə nəzar...