Şənbə-bazar günləri yaşayış yerini tərk edən 29 nəfər koronavirus xəstəsi saxlanılıb

Şənbə-bazar günləri yaşayış yerini tərk edən 29 nəfər koronavirus xəstəsi saxlanılıb
Sosial 82

Respublikanın daxili işlər orqanları əməkdaşları tərəfindən şənbə və bazar günləri 29 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

BAKU.WS-in məlumatına görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, onlardan 26 nəfərinin evlərinə qayıtmaları təmin edilib, 3 nəfəri isə xəstəxanaya yerləşdirilib.

Onların hamısı barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.

Son xəbərlər