Ötən ay Bakı metrosunda daşınan sərnişinlərin sayı 7 % artıb

Ötən ay Bakı metrosunda daşınan sərnişinlərin sayı 7 % artıb
Sosial 20

Bu ilin iyun ayında sərnişinlər metro ilə 18 milyondan çox səfər ediblər.

Bu barədə BAKU.WS-ə "Bakı Metropoliteni"QSC-dən məlumat verilib.

Bildirilib ki, ötən ilin iyun ayı ilə müqayisədə daşınan sərnişinlərin sayı 6,9 % artıb.

Ayın lideri 1 milyon 711 min 203 sərnişinlə "Koroğlu" stansiyası olub. 1 iyun isə 752 min 703 sərnişinlə ən çox sərnişin daşınan gün olub.

Bundan baqa, NFC və QR bilet vasitəsilə ümumilikdə 9 milyon 366 min 674 ödəniş həyata keçirilib. Bu göstərici ay ərzində metrodan ödənişli istifadə edən sərnişinlərin 51,9 %-ni təşkil edib.

Həmçinin, "Əlçatan metro" xidməti çərçivəsində 161 sifariş icra olunub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə xidmətdən 75 % çox sərnişin istifadə etdiyini göstərir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər