Orqan transplantasiyası ilə bağlı cərimələr - MƏBLƏĞ

Orqan transplantasiyası ilə bağlı cərimələr - MƏBLƏĞ
Sosial 95

Şəxsin ölümündən sonra orqanlarının transplantasiya məqsədilə götürülməsinə razılıq və ya orqanlarının götürülməsindən imtina barədə iradə ifadəsinin olmamasına dair məlumatların yayılmasına görə cərimələr artırılır.

BAKU.WS-in oxu.az-a istinadla məlumatına əsasən, bununla bağlı Milli Məclisin iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Bunun üçün vəzifəli şəxslərin 1000 manat, hüquqi şəxslər 4000 manat məbləğində cərimə edilməsi təklif olunur.

Dəyişikliklə canlı donor tərəfindən özünün zərərli vərdişləri və ona məlum olan xəstəlikləri barədə məlumat verilməməsinə görə 500 manatadək məbləğdə cərimə ediləcək.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər