Orduda siqaretlə bağlı yeni təklif - rəisin və ya böyüyün icazəsi olmadan...
07
sen
2018
11:26
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Milli Məclisinin (MM) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün payız sessiyasında ilk iclası keçiriləcək. İclasda “Silahlı Qüvvələrin Daxili xidmət” və “Silahlı Qüvvələrin Qarnizon və qarovul xidmətləri” nizamnamələrinə dəyişiklik müzakirə olunacaq. BAKU.WS-in "Report"a istinadla verdiyi məlumata görə, “Silahlı Qüvvələrin Daxili xidmət” nizamnaməsində “Hərbi qulluqçulara əllərini cibində saxlamaq, həmçinin rəisin və ya böyüyün icazəsi olmadan onların yanında oturmaq və ya papiros çəkmək qadağandır” ifadəsində “papiros” sözü “tütün” sözü ilə əvəz edilərək məhdudiyyətin əhatə dairəsi daha da genişləndirilir. Belə ki, qadağa təkcə papirosa yox, digər tütün vasitələrinə də şamil edilir.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan Silahlı Qüvvələri beynəlxalq terrorçuluqla mübarizə aparacaq, informasiya təhlükəsizliyini təmin edəcək
Azərbaycan Silahlı Qüvvələrinə ölkə daxilində siyasi sabitliyi, ictimai asayişi və daxili ictimai təhlükəsizliyi təmin etmək həvalə olunur.BAKU.WS-in APA-ya ist...