Operativ Qərargahın brifinqi nə vaxt olacaq? - İbrahim Məmmədovdan açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Son günlər Azərbaycanda koronavirus infeksiyasına yoluxma sayının kəskin artması ilə cəmiyyətdə karantin qaydalarının yenidən sərtləşdirilməsi ilə bağlı məlumatlar yayılır.
Bununla bağlı martın 13-də Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi də keçiriləcəyi deyilir. Ancaq bu günə qədər brifinqlə bağlı rəsmi heç bir məlumat yayımlanmayıb.
BAKU.WS xəbər verir ki, “azxeber.com” sabah brifinqin keçirilib-keçirilməyəcəyi haqqında məlumatı dəqiqləşdirmək üçün Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədovla əlaqə saxlayıb.
Qurumun sözçüsü deyib ki, bu haqda dəqiq məlumatı yoxdur:
"Martın 13-də Operativ Qərargahın brifinqi olması ilə bağlı məlumatım yoxdur. Brifinq olacaqsa, əvvəlcədən mətbuata məlumat veriləcək".
İbrahim Məmmədov karantin rejiminin sərtləşəcəyi haqda da məlumatlı olmadığını bildirib.
Oxşar xəbərlər
Azərbaycanda internetə qoyulan məhdudiyyət nə zaman aradan qaldırılacaq? – RƏSMİ AÇIQLAMA
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Ermənistanın törətdiyi genişmiqyaslı təxribatların qarşısını almaq məqsədilə...