Onların sevinci izləyənləri duyğulandırdı
Ötən gün ali məktəblərə qəbul nəticələrinin açıqlanması bir çox abituriyent ailəsində bayrama çevrilib.
BAKU.WS xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə tələbə adını qazanan gənclərin sevinc anları ictimaiyyətin böyük marağına səbəb olub.
Videolarda abituriyentlərin həyəcan içində nəticələri izlədiyi, qəbul olunduqları məlum olduqdan sonra isə yaxınları ilə qucaqlaşaraq sevinc göz yaşları axıtdığı əks olunub. Bu emosional kadrlar qısa müddətdə sosial şəbəkələrdə minlərlə baxış toplayıb və izləyicilərin rəğbətini qazanıb.
İstifadəçilər gənclərin səmimi sevincinə qoşularaq, onlara təbrik mesajları ünvanlayıblar. Bəzi şərhlərdə isə ali məktəbə qəbulun təkcə abituriyentlər üçün deyil, həm də onların ailələri üçün böyük qürur mənbəyi olduğu vurğulanıb.
Qeyd edək ki, qəbul imtahanlarının nəticələri hər il yüzlərlə gəncin həyatında yeni mərhələnin başlanğıcı olur.
Oxşar xəbərlər
"Yuxarıdan kimi göndərsələr, onu götürəcəyik" - İşindən xaric edilən şəxs şikayət etdi
Qaxın Şotavar kənd sakini, 29 yaşlı Murad Nadirov Baku TV-nin qaynar xəttinə müraciət edərək bildirib ki, bir müddət əvvəl heç bir xəbərdarlıq edilmədən işindən...