Ömrü bir neçə il uzatmağın sadə yolu üzə çıxıb

Siqareti tərgitmək ömrü bir neçə il uzada bilər.
BAKU.WS xəbər verir ki, bunu rusiyalı həkim-endokrinoloq Zuxra Pavlova teleqram kanalında bildirib.
Pavlova 2024-cü ilin iyununda dərc olunmuş araşdırmaya istinad edərək qeyd edib ki, əgər 35 yaşında pis vərdişdən əl çəksəniz, orta hesabla həyatınızın 8 ilini xilas edə bilərsiniz.
45 yaşında siqareti tərgitmək sizə orta hesabla 5,6 il, 55 yaşında isə 3,4 il əlavə ömür qazandıracaq. Siqareti 65 yaşında dayandırsanız, 1,7 il, 75 yaşında isə 0,7 ilə qənaət edə bilərsiniz.
"Əlbəttə, nə qədər tez tərgitsəniz, bir o qədər yaxşıdır. Siqaret tüstüsünün tərkibində demək olar ki, bütün orqanlara zərər verən və müxtəlif növ xərçəng, insult, ürək və ağciyər xəstəlikləri ilə əlaqəli minlərlə zəhərli kimyəvi maddə var", - endokrinoloq xəbərdarlıq edib.
Oxşar xəbərlər
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə İŞIQ OLMAYACAQ
Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq "Əliağa Vahid" yarımstansiyasında iyulun 11-də yenidənqurma işləri...