Ölkədə peyvənd olunanların sayı bəlli oldu

Azərbaycanda son bir gündə koronavirus (COVID-19) əleyhinə 30 871 vaksin vurulub.
BAKU.WS Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata istinadən xəbər verir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 769, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 675, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 25 705, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 1 722 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 082 592, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 304 350, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 790 428, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 778 250, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 209 564 nəfər təşkil edir.
Oxşar xəbərlər
Ölkədə peyvənd olunanların sayı bəlli oldu
Azərbaycanda son bir gündə koronavirus (COVID-19) əleyhinə 29 833 vaksin vurulub. BAKU.WS Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata istinad...
