Ölkədə müəllim çatışmazlığı necə öz həllini tapır? - RƏSMİ CAVAB

Ölkədə müəllim çatışmazlığı necə öz həllini tapır? - RƏSMİ CAVAB
Açıqlama
Sosial 78

Son illər Azərbaycanda təhsil sisteminin inkişafı istiqamətində atılan addımlar müəllim kadrlarının say və keyfiyyət göstəricilərinə də təsir edib.

BAKU.WS-in məlumatına görə, bəzi bölgələrdə və fənlər üzrə müəllim çatışmazlığı məsələsi hələ də müzakirə mövzusudur. Xüsusilə region məktəblərində kadr axını, gənc mütəxəssislərin bölgələrdə işləməyə marağı, eləcə də ixtisas balansı bu sahədə önəmli amillər sayılır.

Hazırda əsas sual ondan ibarətdir ki, ölkə üzrə müəllim çatışmazlığı necə öz həllini tapır?

Elm və Təhsil Nazirliyindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, ümumi təhsil müəssisəsində hər hansı fənn üzrə müəllim çatışmazlığı yarandığı təqdirdə həmin yer vakant olaraq müsabiqəyə çıxarılır:

"Bildiririk ki, il ərzində vakant yerlər yarandıqda ehtiyat kadrlar hesabına müəllimlər cəlb edilir. Bu və ya digər səbəbdən qeyd olunan vakant yerə təyinat aparılması mümkün olmadıqda əvəzçilik qaydasında məktəbə yaxın məsafədə yerləşən digər ümumi təhsil müəssisəsindən eyni fənn müəlliminin tədrisə cəlb olunması üçün addımlar atıla və ya əvvəlki illərdə həmin məktəbdə çalışmış yaş həddində olan müəllimlər cəlb edilə bilər.

Hazırda tutulmayan vakansiyaların müəllimlərlə təminatı istiqamətində zəruri tədbirlər görülür".

Orxan Hüseyn

Son xəbərlər