Oğuza güclü dolu düşüb
01
iyn
2023
19:06
Bu gün axşam saatlarında Oğuz rayonunun Baş Daşağıl kəndinə dolu düşüb..
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, diametri qoz iriliyində olan dolu yağışı bir neçə dəqiqə davam edib.
Dolu meyvə ağaclarına və həyətyanı sahələrə ziyan vurub.
Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, iyunun 1-də saat 17:00-dan 17:35-dək Oğuz rayonu Başdaşağıl kəndinə leysan yağışı ilə birlikdə güclü dolu yağıb. Dolunun diametri 25-30 mm olub.
Hazırda Oğuz rayonunda qeyri-sabit hava şəraiti davam edir.
Oxşar xəbərlər
Azərbaycanda bölgələrə leysan yağdı, dolu düşdü - Faktiki hava - YENİLƏNİB
Naxçıvan, Ordubad, Daşkəsən, Neftçala, Göygöl, Gədəbəy, Lerik, Yardımlı, Lənkəran, Astarada şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Hidrometeoroloji...