"Oğlanlar artıq ər və ata rollarını dərk etmirlər" - Problemin kökündə nə dayanır?
Yeniliklərdən dərhal xəbərdar olun
Baku TV-nin "Amin" verilişinin budəfəki buraxılışında ilahiyyatçı Anar Qafarov və ictimai xadim Arzu Bağırova ilə İslamda qadın hüquqları mövzusu müzakirə olunub.
Anar Qafarovun sözlərinə görə, insan haqlarını cinslərə ayırmaq düzgün deyil. İslam, ümumiyyətlə, insana böyük hüquqlar verib.
"İslamın insana baxışını müəyyənləşdirmək üçün metodologiyaya ehtiyac var. Yaxşı kişini də böyüdən anadır. Buna görə də övladlarının ağıllı olmasını istəyirsənsə, ağıllı qadınla evlənməlisən", - deyə o, sözlərinə əlavə edib.
Arzu Bağırova isə bildirib ki, günümüzdə qadın hüquqları ən çox boşanma zamanı pozulur:
"Vaxtında məlumatı olmadığı üçün evlənərkən rəsmi nikaha girməyən qadınlar boşanan zaman aliment, ev tələb edə bilmirlər. Kişilər isə övladları qarşısında öhdəliklərini dərk etmək istəmirlər. Bütün bu problemlərin kökündə anaların uşaqlarına verdiyi tərbiyə durur. Buna görə də cəmiyyətimizə savadlı, dünyagörüşlü analar lazımdır ki, güclü övladlar yetişdirə bilsinlər".
Daha ətraflı videomaterialda:
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...