Təhsil haqqını ödəyə biləyən tələbələr imtahana buraxılmayacaq
Universtetlərdə təhsil haqqının ən azı 50 faizini ödəməyən tələbə imtahanlara buraxılmayacaq.
BAKU.WS "Azadlıq" qəzetinə istinadən məlumat verir ki, ölkə iqtisadiyyatında son dönəmdə baş verən ciddi hadisələrin fonunda universitet tələbələri və onların valideynləri ağır vəziyyətə düşüb. Dövlət universistetlərində ödənişli əsaslarla təhsil alan tələbələrdən vəsaitin əhəmiyyətli hissəsini ödəməyənlər dillemma ilə üz-üzə qalıb. Universitetlərin rəhbərliyi təhsil haqqının 50 faizini ödəməyən tələbələrin imtahanlara buraxılmayacağını ciddi tələb kimi qoyub.
İqtisadçı-ekspert Nemət Əliyev universitet rəhbərliyinin yaranan iqtisadi problemdən çıxış yolunu bu cür həll etməsini düzgün saymır. Ekspert bildirib ki, milli valyutanın dəyərdən düşdüyü məqamda təhsil ocaqları daha mümkün variantlar axtarıb təklif etməlidir:
"Vəziyyətdən mümkün çıxış yolunu tapmaq lazımdır. Əhaliyə ümid etmək olmaz. Təhsil alan tələbələrin üzərinə getməklə, onları sıxışdırmaqla problemin birdəfəlik həll olunacağını düşünmək sadəlövhlük olardı. Uzaqbaşı valdeynlər məcburiyyət qarşısında qalıb övladlarını universitetdən çıxara bilərlər".
Nemət Əliyev deyir ki, bu vəziyyətdə ümid hökümətədir: "Hökümət çevik hərəkət edib real nəticəsi olan addımlar atmalıdır. Manatla təhsil haqqını ödəmək tələb olunsa da, onun heç olmasa, 50 faizinin bəribaşdan ödənilməsi tələbi çox ciddidir. Qiymətlərin bahalaşdığı, dolların məzənnəsinin yüksəldiyi, daxili bazarda qiymətlərin artması şəraitində tələbələrin valideynləri nə etməlidir? Universitet rəhbərliyi belə bir təklifin çox ağır olduğunu düşünməlidir. Onlar indiyədək hansı qaydada ödənişi həyata keçiriblərsə, indi də elə etməlidirlər. Həmçinin, belə də edə bilərlər, ayda bir neçə yüz manat ödəməklə, bərabər proporsiya yaratmaqla problemi həll etmək olar".
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda 5 mindən çox müəllim imtahan verəcək
4-6 dekabr 2015-ci il tarixlərində Masallı və Cəlilabad rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi keçiriləcək...